Futbol üzrə Belarus Premyer Liqasında cari mövsümün qalibi müəyyənləşib. Matc.az xəbər verir ki, “Şaxtyor” komandası sona 3 tur qalmış çempionluğunu rəsmiləşdirib. Soliqorsk təmsilçisi buna 15-ci turdan təxirə salınmış oyunda “Qomel”ə 3:2 hesabı ilə qalib gəlməklə nail olub.
 
Bu nəticədən sonra xallarını 68-ə çatdıran kollektiv ən yaxın izləyicisi BATE-ni 10 xal qabaqlayır. Üstəlik, “Şaxtyor”un ehtiyatda təxirə salınmış daha bir oyunu var.
 
Bu, “Şaxtyor”un ardıcıl 2-ci, ümumilikdə isə 3-cü çempionluğudur.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest