Azərbaycan Premyer Liqasının 7-ci turunda meydana çıxan bütün komandalar qol vurub. Matc.az xəbər verir ki, buna mövsümdə ilk dəfə təsadüf olunub.
 
"Sabah" üzərində 2:1 hesablı səfər qələbəsi qazanan "Qarabağ"ın ilk qolu yubiley xarakteri daşıyıb.
 
Filip Ozobiç Ağdam klubunun heyətində 25-ci çempionat qoluna imza atıb. Filip 58-ci görüşündə yubiley uğuruna sevinib.
 
Qeyd edək ki, Ozobiç "Qarabağ"ın tarixində çempionatda 25 və daha çox qol vuran 15-ci oyunçudur.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest