Futbol üzrə Azərbaycan Premyer Liqasının 4-cü turunun "Neftçi" – "Keşlə" oyunu (3:0) iki futbolçu üçün yubileylə əlamətdar olub. Matc.az xəbər verir ki, meydan sahiblərində Voyislav Stankoviç, qonaqlarda İlkin Qırtımov yubiley matçına çıxıb.
 
Bu görüş İlkinin Premyer Liqada 250-ci qarşılaşması olub. 31 yaşlı müdafiəçi bu oyunlarda 6 qol vurub. Debütü 2009/10 mövsümünə təsadüf edən Qırtımov "Simurq", "Neftçi", "Zirə" və "Keşlə"də meydana çıxıb.
 
"Neftçi"nin 34 yaşlı serbiyalı legioneri isə 150 matçda 6 qol vurub. 2014/15 mövsümündə debüt edən Stankoviç "Keşlə", "Qəbələ" və "Neftçi"nin formasını geyinib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest