Bu gün futbol üzrə Avropa Liqasında qrup mərhələsinin püşkü atılıb. Matc.az xəbər verir ki, Türkiyənin İstanbul şəhərində təşkil olunan tədbirə Bakı vaxtı ilə saat 14:00-da start verilib.

Püşkatma ümumilikdə 32 komandanın iştirakı ilə keçirilib. Onlardan 12-si qrup mərhələsinə avtomatik qatılanlar, 10-u Avropa Liqasının pley-off mərhələsinin qalibləri, 10-u Çempionlar Liqasının pley-off və 3-cü təsnifat mərhələsində uduzanlardan ibarətdir.

Komandalar 8 bərabər qrupa bölünüblər. Türkiyə təmsilçilərindən “Fənərbaxça” D qrupunda “Olimpiakos” (Yunanıstan), “Ayntraxt” (Almaniya) və “Antverpen”ə (Belçika) rəqib olub. “Qalatasaray” isə E qrupunda “Latsio” (İtaliya), “Lokomotiv” (Moskva, Rusiya) və “Olimpik”lə (Marsel, Fransa) mübarizə aparacaq.

Azərbaycan yığmasının futbolçusu Mahir Emrelinin çıxış etdiyi Polşa “Legiya”sının da rəqibləri müəyyənləşib. Hücumçumuzun komandası C qrupunda “Napoli” (İtaliya), “Lester Siti” (İngiltərə) və “Spartak”a (Moskva, Rusiya) qarşı mübarizə aparacaq.

Avropa Liqası
Qrup mərhələsi

A qrupu
Olimpik (Lion, Fransa)
Reyncers (Şotlandiya)
Sparta (Praqa, Çexiya)
Bröndbü (Danimarka)

B qrupu
Monako (Fransa)
PSV (Niderland)
Real Sosyedad (İspaniya)
Şturm Qraz (Avstriya)

C qrupu
Napoli (İtaliya)
Lester Siti (İngiltərə)
Spartak (Moskva, Rusiya)
Legiya (Polşa)

D qrupu
Olimpiakos (Yunanıstan)
Ayntraxt (Almaniya)
Fənərbaxça (Türkiyə)
Antverpen (Belçika)

E qrupu
Latsio (İtaliya)
Lokomotiv (Moskva, Rusiya)
Olimpik (Marsel, Fransa)
Qalatasaray (Türkiyə)

F qrupu
Braqa (Portuqaliya)
Srvena Zvezda (Serbiya)
Ludoqorets (Bolqarıstan)
Midtyulland (Danimarka)

G qrupu
Bayer (Almaniya)
Seltik (Şotlandiya)
Betis (İspaniya)
Ferentsvaroş (Macarıstan)

H qrupu
Dinamo (Zaqreb, Xorvatiya)
Genk (Belçika)
Vest Hem (İngiltərə)
Rapid (Vyana, Avstriya)

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest