"Neftçi"nin baş məşqçisi Samir Abasov Avropa Liqasının 3-cü mərhələsi çərçivəsində Finlandiyanın HJK komandasına qarşı cavab oyunundan öncə fikirlərini bölüşüb. Matc.az xəbər verir ki, o, bu gün Helsinkidə baş tutan mətbuat konfransında bunları söyləyib:
 
"Düşünürəm ki, iki fərqli üslubda oynayan komandalar sabah yenə üz-üzə gələcək. Biz topla oynamağı və oyun qurmağı sevirik".
 
Rəqib bizə ilk oyundan problemlər yaradıb. Sabah süni örtüklü meydanda oynayacağıq. Komanda olaraq buraya niyə və hansı məqsədlər uğrunda gəldiyimizi bilirik. Yaxşı nəticə ilə qayıtmaq istəyirik. Artıq səfər qolu aradan götürülüb. Bəlkə də Bakıdakı 2:2 hesablı nəticə bizə sərf etmir. Sabah hər şeyi sıfırdan başlayacağıq. Yaxşı nəticə qazanmaq üçün döyüşməliyik. Yaxşı motivasiya və əhval-ruhiyyə ilə oyuna hazırlaşmışıq.
 
Bizim üzərimizdə təzyiq yoxdur. Oyunun çətinliyini başa düşürük. İnanıram ki, sabah hər şey yaxşı olacaq. Heç bir qayğımız yoxdur. Bu görüşdə çox şeyə aydınlıq gələcək. Bu gün ümumiyyətlə qayğıdan danışmaq istəmirəm. Sabah bütün Azərbaycanı təmsil edəcəyik. Bakıya yaxşı nəticə ilə qayıtmaq istəyirik. Hər nə olursa olsun məğlubiyyət pis təsir edəcək. Onların bizim üçün etdikləri, bizim etdiklərimizin yanında heçə bərabərdir.
 
Samir Abasov "Bursaspor"a transferi gündəmdə olan Namik Ələskərovla müdafiəçi Huqo Bastonun Helsinkiyə aparılmamasına da münasibət bildirib:
 
"Namik Ələskərov Türkiyəyə getmişdi. Onun getməyinin səbəbi üzünə maska düzəltməsi ilə bağlı idi. Hazırda fiziki məşqçi Edunun nəzarəti altında məşq edir. Zədə səbəbindən buraya gəlməyib. Onun transferi ilə bağlı klubumuz ətraflı məlumat verəcək.
 
Bastoya gəlincə, o, koronavirusa yoluxub. Onun testinin nəticəsi 8 gün əvvəl müsbət çıxdı. Həmin vaxtdan sonra təcrid edilib".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest