Növbəti mövsümə hazırlığı davam etdirən “Zirə” və “Qəbələ” komandaları bu gün daha bir yoxlama oyunu keçiriblər. Matc.az xəbər verir ki, sözügedən komandalar “Dalğa Arena”da üz-üzə gəliblər.
 
Qarşılaşmada hesabı əyalət təmsilçisi açıb. İkinci hissədə “Zirə” hesabı bərabərləşdirsə də, “Qəbələ” matçın sonlarında daha bir qol vurmaqla qalib gəlib.
 
Xatırladaq ki, bir müddət əvvəl bu komandalar arasında keçirilmiş ilk yoxlama oyununda “Zirə” 3:0 hesabıyla qalib gəlmişdi.
 
Yoxlama oyunu
30 iyul
 
Zirə - Qəbələ 1:2
Qollar: Velves Damatsena, 59 - Yaovi Akakpo, 10. Kamal Mirzəyev, 87.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest