Avropa Konfrans Liqasının 3-cü təsnifat mərhələsi çərçivəsində “Qarabağ” və AEL (Kipr) komandaları arasında keçiriləcək cavab matçının da hakim təyinatları açıqlanıb. Matc.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, bu qarşılaşmanı Estoniyadan olan hakimlər briqadası idarə edəcək.
 
Matçın baş hakimi Kristo Tover təyin olunub. Ona yan xətt hakimləri Silver Koiv və Sten Klaasen kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Karl Koppel yerinə yetirəcək.
 
Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq “Qarabağ” – AEL matçına saat 20:00-da start veriləcək. Bu komandalar arasındakı ilk oyun isə avqustun 5-də “AEK Arena”da keçiriləcək. Bakı vaxtı ilə saat 21:00-da başlayacaq həmin görüşü İsveçdən olan hakimlər idarə edəcəklər.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest