_1626959583.jpg) 
 
	Azərbaycan millisinin Dç-2022-nin seçmə mərhələsində keçirəcəyi oyunlarının yeri və başlama vaxtı məlum olub. Matc.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, sentyabrın 1-də Lüksemburqla oynanılacaq matç Bakı vaxtı ilə saat 22:45-də Lüksemburqdakı "Stade de Luxembourg"da start götürəcək.
	3 gün sonra İrlandiya ilə görüş saat 20:00-da Dublindəki "Aviva" stadionunda, oktyabrın 12-də Serbiya ilə qarşılaşma isə saat 22:45-də Belqraddakı Rayko Mitiç adına stadionda başlayacaq.
				
         	
                                             
               
 
             
 















