Futbol üzrə Avropa çempionatı davam edir. Matc.az xəbər verir ki, bu gün daha iki qarşılaşma baş tutub.

F qrupu çərçivəsində əvvəlcə Macarıstan və Portuqaliya yığmaları üz-üzə gəlib. Qarşılaşma Portuqaliyanın böyükhesablı qələbəsiylə yekunlaşıb.

Qrup mərhələsinin ilk turunun son matçı isə Fransa və Almaniya milli komandaları arasında keçirilib. Bu oyunda isə fransızlar minimal hesabla üstün olublar.

AÇ-2020
F qrupu
15 iyun

Macarıstan – Portuqaliya 0:3
Qol: R.Gerreyro, 84. K.Ronaldo, 86-pen; 90+2.
Baş hakim: Cüneyt Çakır (Türkiyə).
Budapeşt. “Puşkaş Arena”.

Macarıstan: 1. Peter Qulaçi, 4. Attila Salai, 5. Attila Fiola, 6. Villi Orban, 8. Adam Naqi, 9. Adam Salai (k), 13. Andras Şafer, 14. Gergo Lovrençiç, 15. Laslo Klaynhaysler, 20. Roland Sallai, 21. Endre Botka.
Portuqaliya: 1. Rui Patrisio, 2. Nelson Semedo, 3. Pepe, 4. Ruben Dias, 5. Rafael Gerreyro, 7. Kristiano Ronaldo (k), 10. Bernardo Silva, 11. Bruno Fernandes, 13. Danilo, 14. Vilyam Karvalyo, 21. Dioqo Jota.

Fransa – Almaniya 1:0
Qol: M.Hummels, 20-öz qapısına.
Baş hakim: Karlos del Serro Qrande (İspaniya).
Münhen. “Alyans Arena”.

Fransa: 1. Üqo Lyoris (k), 2. Benjamin Pavar, 3. Presnel Kimpembe, 4. Rafael Varan, 6. Pol Poqba, 7. Antuan Qrizmann, 10. Kilian Mbappe, 13. Nqolo Kante, 14. Adrien Rabyo, 19. Kərim Benzema, 21. Lukas Hernandes.
Almaniya: 1. Manuel Noyer (k), 2. Antonio Rüdiger, 4. Mattias Ginter, 5. Mats Hummels, 6. Yozua Kimmix, 7. Kay Haverts, 8. Toni Kroos, 10. Serj Qnabri, 20. Robin Qosens, 21. İlkay Gündoğan, 25. Tomas Müller.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest