Azərbaycanlı yarımmüdafiəçi Orxan Qurbanlı futbol üzrə Moldova çempionatında növbəti matçına çıxıb.
 
Matc.az xəbər verir ki, onun formasını geyindiyi "Dinamo-Avto" bu gün ölkə çempionatının 32-ci turu çərçivəsində səfərdə "Sfintul George" ilə qarşılaşıb.
 
Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 1:3. Orxan da bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 61-ci dəqiqədə əvəzlənib. Qurbanlı 58-ci dəqiqədə sarı vərəqə ilə də cəzalanıb.
 
"Dinamo-Avto" bu mövsüm Moldova çempionatında keçirdiyi 32 oyunda 41 xal toplayıb və 10 iştirakçı arasında 5-ci pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest