Futbol üzrə Macarıstan çempionatının qalibi məlum olub.
 
Matc.az xəbər verir ki, "Ferentsvaroş" klubu mövsümün sonuna 4 tur qalmış çempionluğunu rəsmiləşdirib.
 
Sözügedən komanda 30-cu turda "Uypeşt"i qəbul edib. Oyun meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə bitib.
 
Bu qələbədən sonra "Ferentsvaroş" 69 xalla birinci yeri özü üçün təmin edib. Bu komanda hazırda ən yaxın izləyicisi "Puşkaş Akademiya"sından 14 xal irəlidədir. "Fehervar" isə 47 xalla üçüncüdür.
 
"Ferentsvaroş" ardıcıl 3-cü, tarixində isə 32-ci çempionluğunu əldə edib. Budapeşt təmsilçisi UEFA çempionlar Liqasının növbəti mövsümündə Azərbaycan çempionuna potensial rəqib olub.
 
Qeyd edək ki, "Ferentsvaroş" klubunun prezidenti Qabor Qubadovdur. Onun əslən azərbaycanlı olduğu bildirilir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest