O, ölkə çempionatında yalnız bir klubun şərəfini qoruyub. Debütü 2014/15 mövsümünə təsadüf edən Nəcəfov 100 çempionat matçını "Sumqayıt"da keçirib. O, klub tarixinə Premyer Liqada 100 və daha çox matça çıxan 4-cü oyunçu kimi düşüb.

"Sumqayıt"ın futbolçusu Xəyal Nəcəfov Premyer Liqada 100-cü oyununu keçirib.
 
Matc.az xəbər verir ki, bu, 22-ci turun "Qarabağ"la görüşünə (1:4) təsadüf edib.
 
O, ölkə çempionatında yalnız bir klubun şərəfini qoruyub. Debütü 2014/15 mövsümünə təsadüf edən Nəcəfov 100 çempionat matçını "Sumqayıt"da keçirib. O, klub tarixinə Premyer Liqada 100 və daha çox matça çıxan 4-cü oyunçu kimi düşüb. Xəyala qədər Vurğun Hüseynov (178), Bəxtiyar Həsənalızadə (158) və Slavik Alxasov (126) buna nail olub.
 
Qeyd edək ki, Nəcəfov 100 matçda 2 qol vurub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest