Futbol üzrə İtaliya A Seriyasında 10-cu turdan təxirə salınmış bir oyun keçirilib.
	Matc.az xəbər verir ki, "Udineze" doğma meydanda "Atalanta" ilə qarşılaşıb.
	Tərəflər bu oyundan hərəyə 1 qol və 1 xalla ayrılıblar. Bu nəticələrdən sonra "Udineze" 18 oyuna topladığı 17 xalla 15-ci pillədə qalıbsa, "Atalanta" 33 xalla 6-cıdır.
	İtaliya A Seriyası
	10-cu turun oyunu
	20 yanvar
	Udineze – Atalanta 1:1
	Qol: R.Pereyra, 1 – Muriel, 44.
				
         	
                                             
               
            
 










