07 Sentyabr 2020, 09:12
FUTBOL
Fransa U-21 millisi Azərbaycana qarşı keçirəcəyi matçdan əvvəl itki ilə üzləşib. Matc.az xarici mətbuata istinadən xəbər verir ki, "Lion"un formasını geyinən Jeff Ren-Adelaidin millimizə qarşı oynaya bilməyəcək.

Yarımmüdafiəçi Fransanın Gürcüstanı səfərdə 2:0 hesabı ilə məğlub etdikləri matçda zədələnib. O, milli ilə Azərbaycana gəlsə də, komandasına kömək edə bilməyəcək.
Qeyd edək ki, bu gün Sumqayıtdakı "Kapital Bank Arena"da keçiriləcək Azərbaycan - Fransa matçı saat 21:00-da başlayacaq.