"10 aydır rəsmi oyun keçirmirik. "Saarbrüken"lə yoxlama görüşündə problemlər görünürdü. Çünki hazır bir komanda ilə oynayırdıq".

"ötən il bizim üçün uğurlu keçmədi. ümid edirəm ki, Azərbaycanla görüşdə uğursuz seriyanı bitirəcəyik".

Matc.az xəbər verir ki, bu sözləri Lüksemburq Futbol Federasiyasının prezidenti Pol Filip yerli mətbuata müsahibəsində deyib. O, Azərbaycanla görüşdə işlərinin asan olmayacağını bildirib:

"10 aydır rəsmi oyun keçirmirik. "Saarbrüken"lə yoxlama görüşündə problemlər görünürdü. çünki hazır bir komanda ilə oynayırdıq. Həmin görüşdən çox şey gözləmirdim. Bakıda diqqətli olmaq lazımdır. Hətta qarşılaşmanın texniki cəhətdən səviyyəcə 3 dəfə yüksək olacağını düşünürəm".

Qeyd edək ki, bu gün Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan - Lüksemburq matçı saat 20:00-da başlayacaq.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest