"Futbolçularımı qələbə münasibətilə təbrik edirəm. Səfərdə keçirilən heç bir oyun asan deyil".

"Futbolçularımı qələbə münasibətilə təbrik edirəm. Səfərdə keçirilən heç bir oyun asan deyil".

Matc.az xəbər verir ki, bu sözləri "Neftçi"nin UEFA Avropa Liqasının I təsnifat mərhələsindəki rəqibi olan "Şkupi" komandasının baş məşqçisi Muarrem Bayrami ölkə çempionatının III turunda "Belasitsa" komandasına 2:0 hesabı ilə qalib gəldikləri matç barədə danışarkən deyib.

Bayrami artıq bütün diqqətlərinin "Neftçi"ilə görüşə yönəldiyini söyləyib: "Bu gündən Bakıda baş tutacaq oyunun hazırlıqlarına başlayırıq".

Qeyd edək ki, avqustun 27-də "Bakcell Arena"da oynanılacaq "Neftçi" - "Şkupi" matçı saat 20:00-da başlayacaq.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest