"Neftçi"nin sabiq futbolçusu Derlis Meza Kollinin yeni klubu müəyyənləşib. Matc.az xəbər verir ki, 32 yaşlı futbolçu Rumıniyanın "Arçes" komandasında çıxış edəcək.

O, yeni klubu ilə bir illik müqavilə imzalayıb. "Arçeş" növbəti mövsüm əsas liqada mübarizə aparmaq üçün vəsiqə əldə edib.

Qeyd edək ki, "Keşlə"də çıxış edən Sezar Meza Kollinin qardaşı olan D.Meza Kolli 2013-2015-ci illərdə "İnter" (hazırkı "Keşlə"), 2015-ci ildə "Qəbələ", 2017-2018-ci illərdə isə "Neftçi"nin formasını geyinib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest