"İnter"in müdafiəçisi Milan Şkrinyar yayda klubunu dəyişə bilər. Matc.az "La Gazzetta dello Sport" nəşrinə istinadən xəbər verir ki, slovakiyalı futbolçu baş məşqçi Antonio Kontenin planlarına daxil deyil.

Məlumata görə, 25 yaşlı futbolçu üçün gələn təkliflər dəyərləndiriləcək. Rəhbərlik oyunçuya 55 milyon avro qiymət qoyub. Şkrinyarla "Mançester Siti" və "Manşester Yunayted"in maraqlandığı iddia edilir. Tərəflərin yaxın günlərdə danışıqlara başlayacağı vurğulanıb. 

Xatırladaq ki, Şkrinyar 2017-ci ildə 30 milyon avro qarşılığında "Sampdoriya"dan "İnter"ə keçib.

A Seriyasının cari mövsümündə müdafiəçi Milan klubunda 27 oyunda iştirak edib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest