"Barselona"nın yarımmüdafiəçisi Artur Melo "Yuventus"a keçə bilər. Matc.az "Gazetta dello Sport"a istinadən xəbər verir ki, Turin klubu oyunçunu Miralem Pyaniçlə dəyişməyə hazırdır.

Məlumata görə, "Barselona" bosniyalı futbolçunu hetəyinə qatmaq istəsə də, Arturu vermək istəmir. Ancaq futbolçunun özü "Yuventus"un təklifini dinləməyə hazırdır.

Əgər İtaliya klubunun təklifi onu qane etsə, 23 yaşlı yarımmüdafiəçi karyerasına "Yuventus"da davam edəcək.

Qeyd edək ki, Arturun PSJ-nin də maraq dairəsində olduğu bildirilir.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest