"Zirə"nin futbolçusu Azərbaycan Premyer Liqasında 175 oyun keçirib.
Matc.az xəbər verir ki, rumıniyalı müdafiəçi hazırda ölkə çempionatında çıxış edən legioner statuslu oyunçular arasında bu göstəricidə rekordçudu.
Milliləşən legionerləri saymasaq, yalnız 4 əcnəbi 100 və ya daha çox oyun keçirib. "Zirə"nin vitse-kapitanı digər üç futbolçunu qabaqlayır.