12 May 2025, 17:54
FUTBOL
"Barselona" baş məşqçisi Hans Flikin müqaviləsinin müddətini uzadacaq.
Matc.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
Alman mütəxəssisin sözləşməs 2027-ci ilin yayına kimi uzadılacaq. Artıq tərəflər arasında anlaşma əldə olunub.Yaxın günlərdə rəsmi müqavilə imzalanacaq.
Qeyd edək ki, Hans Flik mövsümün əvvəlində "Barselona"nın baş məşqçisi təyin olunub.