12 May 2025, 14:50
FUTBOL
"Arsenal"ın müdafiəçisi Yakub Kivior İtaliyada qayıda bilər.
Matc.az "Football Insider"ə istinadən xəbər verir ki, "Milan" və "İnter" polşalı futbolçunu transfer etmək istəyir.
"Arsenal" 25 yaşlı mərkəz müdafiəçisini satmağa hazırdır. Futbolçu özü daha çox oynaya biləcəyi kluba keçmək istəyir.
Qeyd edək ki, "Arsenal" Yakub Kivioru 2023-cü ilin yanvar ayında "Spetsiya"dan transfer edib.