12 May 2025, 16:30
FUTBOL
"Çelsi" növbəti mövsüm üçün hücum xəttini gücləndirməyi planlaşdırır.
Matc.az "CaughtOffside"a istinadən xəbər verir ki, İngiltərə klubu "Milan"da çıxış edən Rafael leaonu transfer etmək istəyir.
"Çelsi" Lea üçün "Milan"la danışıqlara başlayıb. İtaliya klubu portuqaliyalı vinger üçün 70 milyon avro tələb edir.
Qeyd edək ki, Rafael Leao bu mövsüm "Milan"ın heyətində keçirdiyi 48 oyunda 12 qol vurub, 13 assist edib. 25 yaşlı futbolçunun klubu ilə müqaviləsi 2028-ci ilin yayına kimi nəzərdə tutulub.