Vaqif Cavadovla yollarını ayıran "Sumqayıt"ın yeni baş məşqçisinin kim olacağı müəyyənləşib. Matc.az saytının xəbərinə görə, "kimyaçılar"ı böyük ehtimalla Arif Əsədov çalışdıracaq.

Kluba yaxın mənbə əməkdaşımızla söhbətində təyinatın yaxın zamanda açıqlanacağını bildirib.

Qeyd edək ki, "Sumqayıt" bu gün Vaqif Cavadovla yollarını ayırıb. Arif Əsədovun son iş yeri isə Azərbaycan milli komandası olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest