"Turan Tovuz"u mövsümün sonunda tərk edəcək futbolçulardan biri məlum olub.

Matc.az xəbər verir ki, Premyer Liqa klubu İvan Konovalovla yollarını ayıracaq.

Rusiyalı qolkiperin Qərb bölgəsi təmsilçisi ilə müqaviləsi yayda başa çatır. 30 yaşlı qapıçının sözləşməsinin müddəti uzadılmayacaq.

Qeyd edək ki, Ivan Konovalov mövsümün əvvəlindən "Turan Tovuz"da çıxış edir. Təcrübəli "əlcək sahibi" komandanın heyətində 22 oyunda iştirak edib və o qapısında 24 qol görb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest