12 May 2025, 14:17
FUTBOL
Futbol üzrə Türkiyə Kubokunun final matçının hakimləri açıqlanıb.
Matc.az xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyasının (TFF) mətbuat xidməti məlumat yayıb.
"Qalatasaray"la "Trabzonspor" arasında keçiriləcək oyunu Cihan Aydın idarə edəcək. Ona yan xətt hakimləri kimi Hakan Yemişken və Mustafa Savranlar köməklik göstərəcəklər. Dördüncü hakim funksiyasını isə Ozan Ergün yerinə yetirəcək.
Qeyd edək ki, "Trabzonspor" - "Qalatasaray" qarşılaşması 14 may tarixində Bakı vaxtı ilə saat 21:45-də start götürəcək.