08 May 2025, 01:05
AVROPA LİQASI
UEFA Avropa Liqasında yarımfinal mərhələsinin cavab görüşləri keçirilir.
Matc.az xəbər verir ki, bu gün baş tutan qarşılaşmalardan sonra finalçılar müəyyənləşəcək.
"Mançester Yunayted" doğma meydanda "Atletik"i qəbul edəcək. İspaniyada baş tutan ilk oyun "qırmızı şeytanlar"ın 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. "Tottenhem" isə ilk matçda 3:1 hesabı ilə məğlub etdiyi "Bodo Qlimt"lə Norveçdə üz-üzə gələcək.
UEFA Avropa Liqası
Yarımfinal mərhələsi, cavab oyunları
8 may
"Mançester Yunayted" (İngiltərə) - "Atletik" (İspaniya)
İlk oyun: 3:0
"Bodo Qlimt" (Norveç) - "Tottenhem" (İngiltərə)
İlk oyun: 1:3