"Aston Villa"nın yarımmüdafiəçisi Yuri Tilemans Səudiyyə Ərəbistanında çıxış edə bilər.

Matc.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, "Əl-Hilal" belçikalı futbolçunu ransfer etmək istəyir.

Klub rəhbərliyi yaxın zamanda "Aston Villa" ilə danışıqlara başlamağı planlaşdırır. Ərəblər 28 yaşlı oyunçu üçün İngiltərə klubuna 60 milyon avro təklif edəcək.

Qeyd edək ki, Yuri Tilemans bu mövsüm "Aston Villa"nın heyətində keçirdiyi 52 oyunda 5 qol vurub, 10 qol ötürməsi edib. Onun klubla 2027-ci ilin yayına kimi nəzərdə tutulan müqaviləsi var.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest