Türkiyənin "Trabzonspor" klubunun heyətində ciddi itki baş verib.

Matc.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Qara Dəniz təmsilçisinin hücumçusu Enis Destan sıradan çıxıb. Türk futbolçu Super Liqanın 35-ci turunun "Qalatasaray"la oyununda (0:2) zədələnib.

Dizindən zədə alan Enis 1 ay yaşıl meydanlardan uzaq qalacaq. 22 yaşlı forvardın komandası Türkiyə Kubokunun final matçında "Qalatasaray"la üz-üzə gələcək. Qarşılaşma mayın 14-də Bakı vaxtı ilə saat 21:45-də start götürəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest