"Fənərbaxça"nın müdafiəçisi İsmail Yüksek komandadan ayrıla bilər.

Matc.az "Sabah" nəşrinə istinadən xəbər verir ki, türk futbolçu baş məşqçi Joze Mourinyonun ona az şans verməsndən narazıdır.

Portuqaliyalı mütəxəssis "Fənərbaxça"da qalsa, İsmail Super Liqa təmsilçisini tərk edəcək. 26 yaşlı futbolçu bununla bağlı yaxın ətrafını məlumatlandırıb.

Qeyd edək ki, Türkiyə millisinin üzvü olan İsmail Yüksek bu mövsüm İstanbul klubunun heyətində 28 oyunda iştirak edib və 2 qol ötürməsi ilə yadda qalıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest