UEFA Çempionlar Liqasının PSJ - "İnter" final görüşünün hakimləri açıqlanıb.

Matc.az xəbər verir ki, oyunu rumıniyalı İştvan Kovaç idarə edəcək. Ona yan xətt hakimləri olan Mixay Marika və Ferens Tunyoqi köməklik göstərəcək. Dördüncü hakim funksiyasını portuqaliyalı Juan Pineyru yerinə yetirəcək.

Dennis Hiqler (Hollandiya) və köməkçisi Katalin Popa (Rumıniya) isə VAR hakimi olacaqlar.

Qeyd edək ki, final matçı mayın 31-də Almaniyanın Münhen şəhərində keçiriləcək və Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest