"İnter" "Roma"dan icarəyə götürdüyü Nikolo Zalevskini komandada saxlayacaq.

matc.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

"İnter" polşalı yarımmüdafəç üçün "Roma"ya 6 milyon avro təzminat ödəyəcək. Bundan sonra 23 yaşlı futbolçu ilə uzunmüddətli müqavilə imzalanacaq.

Qeyd edək ki, "İnter" Nikolo Zalevskini bu ilin fevral ayında icarəyə götürüb. Polşa millisinin üzvü Milan təmsilçisinin heyətində keçirdiyi 12 oyunda 1 qol vurub, 1 qol ötürməsi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest