Mövsümün sonunda "Mançester Siti"dən ayrılacağını açıqlayan Kevin De Bruynenin yeni klubu müəyyənləşmək üzrədir.

Matc.az xarici mətbuata istinadən xəbər verir ki, belçikalı yarımmüdafiəçi karyerasını İtaliyada davam etdirməyə yaxındır.

De Bruyne "Napoli"dən aldığı təklifə isti yanaşır. 33 yaşlı futbolçu agentinə İtaliya klubu ilə danışıqlara başlamaq göstərişi verib. Təcrübəli oyunçu istirahətə yollanmadan transferin yekunlaşmasını istəyir.

Qeyd edək ki, Kevin De Bruyne 2015-ci ildən "Mançester Siti"də çıxış edir. Belçika millisinin üzvü bu mövsüm Premyer Liqa təmsilçisinin heyətində keçirdiyi 37 oyunda 6 qol vurub, 8 qol ötürməsi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest