Futbol üzrə İtaliya çempionatında 2019/20 mövsümünün püşkü atılıb. Matc.az xəbər verir ki, A Seriyasında yeni mövsümə avqustun 24-də start veriləcək. 
	Açılış turunun oyunları avqustun 24-25-də keçiriləcək. Son çempion "Yuventus" yeni mövsümə "Parma"ya qarşı səfər oyunu ilə start verəcək.
	İtaliya A Seriyası
	1-ci tur
	24-25 avqust
	Parma – Yuventus
	Kalyari – Breşiya
	Fiorentina – Napoli
	Verona – Bolonya
	İnter – Leççe
	Roma – Cenoa
	Sampdoriya – Latsio
	SPAL – Atalanta
	Torino – Sassuolo
	Udineze – Milan
				
         	
                                             
               
            
 










