Azərbaycan çempionu Albaniyada klubunu dəyişdi
“Neftçi”nin sabiq futbolçusu Bruno Teluşin yeni klubu bəlli olub. Matc.az xəbər verir ki, 34 yaşlı yarımmüdafiəçi ölkəsi Albaniyadakı çıxışını davam etdirəcək. Ancaq o, orada komandasını dəyişib. Ötən ilin yayında keçdiyi “Elbasani”dən ayrılan Teluşi “Flamurtari”yə keçib.



























