İngiltərə millisinin sabiq üzvü olan Eşli Koul baş məşqçi kimi fəaliyyət göstərəcək.

Matc.az xəbər verir ki, 45 yaşlı mütəxəssis "Çezena"nı çalışdıracaq. Bu barədə İtaliya klubunun mətbuat xidməti məlumat yayıb.

B Seriyası təmsilçisi keçmiş müdafiəçi ilə mövsümün sonuna kimi nəzərdə tutulan müqavilə imzalayıb.

Qeyd edək ki, Eşli Koul bundan əvvəl "Çelsi", "Birmingem", "Everton" klublarında, İngiltərənin əsas və U-21 millilərində köməkçi məşqçi kimi iş başında olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest