Almaniyanın "Ştutqart" klubu Deniz Undavı uzun illər komandada saxlamaq istəyir.

Matc.az xəbər verir ki, bu barədə "Sky Sposts" televiziyası məlumat yayıb.

Bundesliqa təmsilçisi Almaniya millisinin üzvünün 2027-ci ilin yayında başa çatmalı olan sözləşməsin müddətini uzatmağı planlaşdırır. Klub artıq 29 yaşlı hücumçu ilə danışıqlara başlayıb.

Qeyd edək ki, Deniz Undav bu mövsüm "Ştutqart"ın heyətində keçirdiyi 36 oyunda 21 qol vurub, 12 qol ötürməsi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest