17 Mart 2026, 11:10
FUTBOL
Futbol üzrə Bolqarıstan çempionatında 26-cı turun oyunları keçirilir.
Matc.az xəbər verir ki, Azərbaycan milli komandasının müdafiəçisi Cəlal Hüseynovun formasını geyindiyi "Arda" doğma meydanda "Dobrudja"nı qəbul edib. Qarşılaşma ev sahiblərinin 3:0 hesablı qələbəsi ilə başa çatıb.
Cəlal da bu matçda iştirak edib. 22 yaşlı mərkəz müdafiəçisi 75-ci dəqiqədə meydana daxil olub.
26 turdan sonra 35 xal toplayan "Arda" turnir cədvəlinin 8-ci pilləsində qərarlaşıb.




_1773748626.jpg)


_1773744200.jpg)




