16 Mart 2026, 20:25
FUTBOL
Argentinalı qapıçı Serxio Romero karyerasını başa vurub.
Matc.az xəbər verir ki, bu barədə jurnalist Fede Kristofanelli məlumat yayıb.
Romero bu ilin yanvarında "Argentinos Xuniors"dan ayrıldıqdan sonra klubsuz idi. O, 39 yaşlın peşəkar futbolla vidalaşıb.
Qeyd edək ki, Serxio Romero karyerası ərzində "Rasinq", "AZ Alkmar", "Sampdoriya", "Monako", "Mançester Yunayted", "Venetsiya" və "Boka Xuniors"un formasını geyinib. Təcrübəli qolkiper Argentina millisinin heyətində 96 oyun keçirib.





_1692885136.png)

_1773683623.jpg)



_1773676778.jpg)