16 Mart 2026, 12:52
FUTBOL
"Ayntraxt"ın müdafiəçisi Nataniel Braun karyerasını İspaniya La Liqasında davam etdirə bilər.
Matc.az xəbər verir ki, bu barədə "Fichajes" nəşri məlumat yayıb.
"Barselona" Almaniya millisinin üzvünün xidmətində maraqlıdır. Kataloniya təmsilçisinin baş məşqçisi Hans Flik Braunu komandasında görmək istəyir. La Liqanın lideri 22 yaşlı sol cinah müdafiəçisini yayda heyətinə qatmağa çalışacaq.
Qeyd edək ki, Nataniel Braun bu mövsüm "Ayntraxt"ın heyətində bütün turnirlərdə keçirdiyi 34 oyunda 3 qol vurub, 6 qol ötürməsi edib.












