"Tottenhem"in müdafiəçisi Kristian Romero İspaniya La Liqasında çıxış edə bilər.

Matc.az xəbər verir ki, "Real" və "Atletiko" argentinalı futbolçunu heyətinə qatmaq istəyir. Bu barədə "CaughtOffside" məlumat yayıb.

Romero "Tottenhem"in yeni müqavilə təklifini qəbul etməyib. Madrid klubları bundan yararlanıb 26 yaşlı mərkəz müdafiəçisini heyətinə qatmağa çalışacaq.

Qeyd edək ki, "Tottenhem" Kristian Romeronu 2021-ci ilin yayında "Atalanta"dan transfer edib. Argentina millisi ilə dünya çempionu olmuş futbolçu bu mövsüm Premyer Liqa təmsilçisinin heyətində meydana çıxdığı 23 rəsmi matçda 1 qol və 1 qol ötürməsi ilə yadda qalıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest