16 Mart 2026, 15:53
FUTBOL
"Nyukasl"ın müdafiəçisi Lyuis Holl Premyer Liqada klubunu dəyişə bilər.
Matc.az xəbər verir ki, bu barədə "CaughtOffside" məlumat yayıb.
"Mançester Siti", "Liverpul" və "Arsenal" ingiltərəli futbolçunu transfer etmək istəyir. 21 yaşlı mərkəz müdafiəçisi üçün yayda transfer danışıqlarının 65-70 milyon funt-sterlinqdən başlayacağı bildirilir.
Qeyd edək ki, "Nyukasl" Lyuis Hollu 2024-cü ilin yayında "Çelsi"dən transfer edib. İngiltərə U-21 millisinin üzvü bu mövsüm "sağsağanlar"ın heyətində 39 oyunda 1 qol vurub, 1 qol ötürməsi edib.












