"Bolonya"nın hücumçusu Santiaqo Kastro karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Matc.az xəbər verir ki, bu barədə "RTI Esporte" məlumat yayıb.

"Arsenal" 21 yaşlı forvardı transfer etmək istəyir. London təmsilçisi yaya qədər Kastronun performansını diqqətdə saxlayacaqlar.

"Yuventus", "Milan" və "Everton" da Argentina millisinin üzvü ilə yaxından maraqlanır.

Qeyd edək ki, Santiaqo Kastro bu mövsüm "Bolonya"nın heyətində keçirdiyi 39 oyunda 10 qol vurub, 3 qol ötürməsi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest