Conatan Devid mövsümün sonunda "Yuventus"dan ayrıla bilər.

Matc.az xəbər verir ki, bu barədə insayder Nikolo Şira məlumat yayıb.

Kanadalı hücumçu baş məşqçi Luçano Spalettinin planlarına daxil deyil. Devid Fransaya qayıda bilər. "Marsel" "Lill"in sabiq forvardının xidmətində maraqlıdır.

Qeyd edək ki, Conatan Devid cari mövsümdə "Yuventus"un heyətində bütün turnirlərdə keçirdiyi 39 oyunda 7 qol vurub, 5 qol ötürməsi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest