16 Mart 2026, 11:33
FUTBOL
Münhenqladbax "Borussiya"sının yarımmüdafiəçisi Rokko Rayts Bundesliqada klubunu dəyişəcək.
Matc.az xəbər verir ki, bu barədə "Sky Sports" televiziyası məlumat yayıb.
"Leypziq" almaniyalı futbolçunun keçidini həll edib. "Qırmızı Buğalar" 23 yaşlı oyunçu üçün onun klubuna 20+3 milyon avro təzminat ödəyəcəklər.
Qeyd edək ki, Rokko Rayts bu mövsüm "Borussiya"nın heyətində 27 oyunda 2 qol ötürməsi edib.












