"Atletiko" qarşıdakı oyunlara ciddi itki ilə çıxacaq.

Matc.az xəbər verir ki, qapıçı Yan Oblak növbəti iki görüşdə komandaya kömək edə bilməyəcək. Bu barədə "Marca" nəşri məlumat yayıb.

Sloveniyalı qolkiper UEFA Çempionlar Liqası 1/8 final mərhələsinin cavab matçında (19 mart) və La Liqanın XXIV turunun "Real"la oyununda (23 mart) iştirak etməyəcək. Hər iki qarşılaşmada "çərçivə"ni Xuan Musso qoruyacaq.

Qeyd edək ki, Yan Oblak 2014-cü ilin yayından "Atletiko"da çıxış edir. 33 yaşlı "əlcək sahibi" bu mövsüm Madrid təmsilçisinin heyətində 37 oyunda meydana çıxıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest