"Real" "Bavariya"nın futbolçusu Maykl Oliseni transfer etmək istəyir.

Matc.az xəbər verir ki, bu barədə "Bild" nəşri məlumat yayıb.

Fransalı vinger "kral klubu"nun prezidenti Florentino Peresin yay transfer pəncərəsi üçün əsas hədəfidir. La Liqa nəhənginin rəhbəri 24 yaşlı oyunçu üçün Almaniya klubuna 160 milyon avroluq təklif göndərməyi planlaşdırır.

Qeyd edək ki, Maykl Olise bu mövsüm "Bavariya"nın heyətində keçirdiyi 38 oyunda 15 qol vurub, 27 qol ötürməsi edib. Onun Münhen təmsilçisi ilə müqaviləsi 2029-cu ilin 30 iyun tarixinə kimidir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest