"Real" Dani Sebalyososla yollarını ayırmağı planlaşdırır.

Matc.az xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb.

"Kral klubu" heyətdə yerini itirən ispaniyalı futbolçunu yayda satmaq istəyir. Madrid təmsilçisi 29 yaşlı yarımmüdafiəçi üçün gələn təklifləri dəyərləndirəcək.

Təcrübəli oyunçunun getmək istədiyi klub yetirməsi olduğu "Betis"dir.

Qeyd edək ki, Dani Sebalyos bu mövsüm "Real"ın heyətində 22 oyunda meydanda olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest