04 Noyabr 2026, 12:41
FUTBOL
Azərbaycan Premyer Liqasının XI turu "Zəfər turu" elan edilib. Matc.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasından (PFL) məlumat yayıb.
PFL Vətən müharibəsində şanlı qələbənin 6-cı ildönümü ilə əlaqədar bu qərarı qəbul edib.
XI turun oyunlarından əvvəl stadionlarda Dövlət Himni səsləndiriləcək.
Xatırladaq ki, XI turun matçları noyabrın 6-8-də keçiriləcək.













