Çempionlar Liqasının liqa mərhələsində növbəti oyunlar keçirilib. Matc.az xəbər verir ki, baş tutan görüşlərdən sonra IV tura yekun vurulub. Azərbaycan çempionu “Sabah” meydana bu dəfə Norveçdə çıxıb. Valdas Damrauskasın komandası Stavanger şəhərində “Vikinq”in qonağı olub.
Qarşılaşma komandamız üçün yaxşı başlayıb. 11-ci dəqiqədə Mbina hesabı açıb. Amma “Sabah” bu üstünlüyü qoruya bilməyib. 27-ci dəqiqədə Botheym bərabərlik topunu vurub. Fasilədən sonra hücumlarının artıran “Vikinq” 69-cu dəqiqədə Tripiçin penalti zərbəsindən sonra təmsilçimizi cəzalandırıb. Bu qol da sonuncu olmayıb. 78-ci dəqiqədə Makkartinin qovulmasına görə azlıqda qalan “Sabah” 3 dəqiqə sonra qapısında üçüncü topu görüb. Oyuna əlavə edilmiş dəqiqələrdə isə Botheym dubl edib.
Çempionlar Liqası
IV tur
“Vikinq” (Norveç) – “Sabah” (Azərbaycan) - 4:1
Qollar: Erik Botheym, 27, 90+3; Zlatko Tripiç, 69; Henrik Falkener, 81 - Patrik Mbina, 11
Qırmızı vərəqə: Eyden Makkarti, 78
"Viking Stadium". Hakimlər: Sander van der Eyk, Rens Bluemink, Stefan de Qrot, Coui Koy (hamısı Niderland)
“Vikinq”: 1 Arild Ostbo, 5 Henrik Heqheym, 6 Cianni Stennes, 7 Kristofer Askildsen, 10 Zlatko Tripiç (k). 16 Henrik Byordal, 22 Erik Botheym, 25 Henrik Falkener, 26 Simen Kvia-Egeskoq, 28 Kristofer Haugen, 29. Tobias Moi .
Ehtiyat oyunçular: 30 Lyubomir Belko, 2 Herman Haugen, 3 Viljar Vevatne, 8 Joe Bell, 11 Romano Postema, 17 Essien Bassey, 19 Amin Kosik, 20 Peter Kristiansen, 23 Niklas Fuglestad, 24 Vetle Auklend, 27 Yasper Daland, 33 Jakob. Hansen.
“Sabah”: 92 Stas Pokatilov (k), 3 Stiv Solvet, 4 Eyden Makkarti, 6 Abdulax Xaybulaev, 7 Umarali Raxmonaliyev, 8 Kristian Nvaçukvu, 13 İvan Lepiniça, 21 Velko Simiç, 27 Timoteuş Puxaç, 80 Akim Zedadka, 99 Patrik Mbina.
Ehtiyat oyunçular: 1 Amin Ramazanov, 94 Rəvan Mirzəmmədov, 5 Rəhman Daşdəmirov, 9 Xəyal Əliyev, 10 Aleksey İsayev, 11 Kahim Parris, 17 Tellur Mütəllimov, 20 Coy Lens Mikels, 33 Junior Almeyda, 34 Ksander Severina, 37 Du Keyros, 88 Rodriqo Fernandes.













